YUNİSEF Azərbaycan hökumətinin səhiyyənin inkişafı, qaçqın uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri yüksək qiymətləndirir

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen ilə görüşmüşdür.
Ölkəmizdə ilk dəfə olmasından məmnunluğunu bildirən qonaq Azərbaycan-YUNİSEF münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmişdir.
S.Allen Azərbaycan hökumətinin səhiyyənin inkişafı, qaçqın uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri xüsusi vurğulamışdır.
Qonağı salamlayan nazir E.Məmmədyarov Azərbaycan ilə YUNİSEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, bu münasibətlərin Azərbaycan hökumətinin sosial sahənin inkişafı istiqamətində aparılan siyasətə verdiyi töhfəsini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında