Novruz MƏMMƏDOV: Ermənistan prezidentinə yüksək xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır

Bir neçə gün əvvəl Serj Sarkisyan məhz çilingərə məxsus ifadələr işlətməklə özünü çox absurd vəziyyətə salıb. Buna nəinki bəraət qazandırmaq olmur, hətta ağlı başında olan adam belə başa düşmür. Bunu cümə axşamı Trend-ə Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
"Yaşlı adamları artıq belə asan aldatmaq və necə deyərlər "qulaqlarını tıxamaq" olmaz. Buna görə də Serj Sarkisyan son vaxtlar tez-tez öz ölkəsinin gənc auditoriyası qarşısında çıxış edir. Onlara "tarixi mövzuda" nağıl, hekayə, əfsanələr danışır", - deyə N.Məmmədov bildirib.
Sarkisyanın "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" deyə gənclər qarşısında azğın çıxışını şərh edən Məmmədov qeyd edib ki, bu çox təhlükəli tendensiyadır. Belə ki, bu ona xidmət edir ki, Ermənistanın gənc nəsli təcavüzkar əhval-ruhiyyədə tərbiyə olunur. "Serj Sarkisyanın hansı məqsəd güdməsi ilə bağlı sual meydana çıxır. Onun məqsədi qəhrəmanlar yetişdirməkdirsə, ona rus generalı Mayevskinin "ermənilərin "qəhrəmanları" xilaskardan daha çox öz xalqının cəlladları olublar" fikrini xatırlatmaq istərdim".
N.Məmmədovun sözlərinə görə, dünən Polşa Prezidentinin Yerevana səfəri münasibətilə mətbuat konfransında Serj Sarkisyan yenə də özünəməxsus tərzdə çıxış edib. "Həmişə olduğu kimi, Serj Sarkisyan Ermənistanı Dağlıq Qarabağ münaqişəsində ədalətli tərəf kimi göstərməyə çalışır. Bir neçə gün əvvəl Ermənistan gəncləri ilə artıq yuxarıda qeyd olunan görüşdə Sarkisyan fərəh hissi ilə millətlərin öz müqəddəratını təyin etməsi kontekstində beynəlxalq hüquq barədə "düşüncələri" haqqında danışıb".
N.Məmmədov qeyd etmişdir ki, Sarkisyan Polşa Prezidentini əmin etməyə çalışmışdır ki, Dağlıq Qarabağda demokratiya hakimdir, hökumət və seçkilər isə legitimdir.
"Lakin burada tam haqlı olaraq öz vəzifəsində qalmaq üçün onlarla şəxsin həlak olması ilə nəticələnən yüzlərlə dinc nümayişçiyə qarşı güc tətbiq edilməsinə əmr verən prezidentin bu və ya digər seçkilərin demokratikliyinə nə dərəcədə qiymət verə bilməsi ilə bağlı sual yaranır. Yəni Sarkisyan bu barədə unudub? Güman etmirəm ki, bu belədir. Çox güman ki, bu, hiyləgərliyin və ikiüzlülüyün daha bir nümunəsidir. Boş yerə ermənilər özləri barədə demirlər ki, "bizdə ikiüzlülük hələ ana bətnində olan zaman yaranır". Sarkisyan hansı demokratik seçkilər və hansı demokratiya haqqında danışa bilər ki, o özü şəxsən Dağlıq Qarabağın azərbaycanlı əhalisiniə qarşı soyqırımda, Ermənistan Parlamentində məlum qətliamda iştirak edib"... Buna görə də Ermənistan prezidentinə yüksək səviyyəli xarici qonaqların "beynini doldurmaq"dan başqa heç nə qalmır", deyə N.Məmmədov bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında