Rəsmi Bakı "Freedom House"un rəhbərinin və ABŞ dövlət katibinin müavininin mövqeyini əsassız sayır

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Trend İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, rəsmi Bakı "Freedom House" təşkilatının rəhbərinin və ABŞ dövlət katibinin müavininin Azərbaycanda insan haqları, demokratiyanın vəziyyətinə dair mövqeyini əsassız sayır: "Freedom House" təşkilatının rəhbəri Devid Kremer bununla neçənci dəfədir ki, açıqlamalar verir.
Buna da münasibət bildirmişik ki, "Freedom House" və onun rəhbəri bəlli metodologiya ilə işləyir. Onların metodologiyası obyektiv reallıqla üst-üstə düşmür. Onun bu dəfəki çağırışından görünür ki, biz bu fikirdə tamamilə haqlıyıq".
Devid Kremer çıxşında tam subyektiv mülahizələrə söykənir. Xüsusən Azərbaycan, Rusiya, Belarusu az qala Qərb üçün böyük bir təhlükə kimi dəyərləndirir və bunlara qarşı tədbir görülməsinin vacibliyini öz xarakterinə uyğun açıqlayır.
Devid Kremer açıq bəyan edir ki, "bu ölkələr və Şərqi Avropada bəzi proseslər Qərb və ABŞ-ın maraqları üçün müəyyən çağırışlar yaradır ki, bu da təhlükəlidir".
Əli Həsənov qeyd etmişdir ki, bizim üçün əsas məsələ Azərbaycan dövləti və dövlətçiliyinin taleyidir, Azərbaycan xalqının maraqları və istəyidir:
"Siyasətimiz də Qərb ölkələrinin maraqları, Qərbə hansısa "çağırışlar" üzərində deyil, dövlətimizin, dövlətçiliyimizin taleyi, maraqları, xalqın istəyi və mənafeləri üzərində qurulub. Ona görə də bu tipli dəyərləndirmələrin obyektiv reallıqlarla heç bir əsası yoxdur. Ən acınacaqlısı odur ki, Ermənistan kimi, biabırçı idarəçilik sistemi olan dövlətin az qala demokratiyasını özü üçün, digər dövlətlər üçün nümunə kimi göstərir. Hamıya bəllidir ki, bir neçə il əvvəl Ermənistanda hakimiyyətə opponentlik edən siyasətçilərin böyük qrupunu parlamentə doldurub güllələdilər, prezident və onun komandasını məcburi istefaya yolladılar, Sarkisyan hakimiyyətinə etiraz səsini qaldırmaq istəyən 10-dan artıq adamı güllələdilər. Bu göstərir ki, Devid Kremer və onun təşkilatı tam subyektiv mülahizələrə və məqsədyönlü maraqlara xidmət edir".
Prezident Administrasiyasının rəsmisi ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melianın da mövqeyinə aydınlıq gətirmişdir.
"Onunla Bakıda müzakirə apardıq. Fikir ayrılığı oldu. Amma bütövlükdə onun qaldırdığı arqumentlərin obyektiv reallığa cavab vermədiyini Melianın diqqətinə çatdırdım".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında