Dağlıq Qarabağ münaqişəsi regionun ümumi inkişafına ciddi maneələr yaradır

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iyulun 22-də ölkəmizdə səfərdə olan ABŞ-ın Trumen Milli Təhlükəsizlik layihəsinin nümayəndə heyəti ilə görüşmüşdür. 
E.Aslanov rəsmi Bakının xarici siyasətinin əsas istiqamətləri, ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqaz regionunun geosiyasəti və təhlükəsizliyi, mövcud təhdidlər və digər məsələlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Dağlıq Qarabağ münaqişəsindən danışan şöbə müdiri demişdir ki, dünya birliyi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi etnik təmizləmə siyasətinə birmənalı mövqe nümayiş etdirməlidir. Bu münaqişə regionun ümumi inkişafına ciddi maneələr yaradır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallara cavab verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında