Əli Həsənov: Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib

Azərbaycandakı vəziyyət, siyasi partiyalar və onların fəaliyyəti, ölkədə media və söz azadlığının vəziyyəti bütün dünyada dəyərləndirilən sivil normalara əsaslanır. Bunu Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə bəyanatını şərh edərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
"Azərbaycanda Ermənistandan fərqli olaraq, siyasi müxalifət parlamentdə gülləbaran edilməyib, fərqli düşünənlərdən və mitinqə çıxanlardan bir dəfəyə 10 nəfər öldürülməyib. Belə hadisələrlə zəngin olan Ermənistan rəsmiləri gərək bu sözləri dillərinə alıb Azərbaycanla özlərini müqaysə etməsinlər".
Əli Həsənov Trendə müsahibəsində bildirmişdir ki, xarici dövlətlər dəfələrlə postsovet ölkələri ilə Azərbaycanı müqayisə edib və həmişə Azərbaycanı Ermənistandan üstün tutmuşlar.
Serj Sarkisyanın Ermənistanda miqrasiya məsələləri ilə bağlı iclasda Azərbaycanda normal müxalifətin və söz azadlığının mövcud olmadığı barədə söylədiyi fikrin reallıqla heç bir əlaqəsi yoxdur, erməni cəmiyyətinə sırınan cəfəng uydurmadan başqa bir şey deyil.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında