Xəzəryanı dövlətlərin sammiti Rusiyada keçiriləcək

Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan) sammiti Rusiyada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Moskvada Rusiya Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupunun 29-cu iclasının yekunları ilə bağlı bildirib. Məlumatı İTAR-TASS yayıb.
"Sammitin keçirilmə müddəti və onun keçiriləcəyi Rusiya şəhəri ilə bağlı məsələ müəyyənləşdirilməyib. Yeri müəyyənləşdirmək RF Prezidentinin müstəsna hüququdur" - deyən Qolovin onu da bildirib ki, xüsusi işçi qrupunun növbəti iclası Astanada keçiriləcək. "Xəzər dənizinin hüquqi statusu və ölkələrimizin prezidentlərinin razılaşmalarının həyata keçirilməsi ilə bağlı danışıqlar bu iclasda davam etdiriləcək".
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında