Naxçıvan MR Ali Məclisinin üçüncü sessiyası keçirilmişdir

İyulun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilmişdir.
Sessiya öz işinə başlamazdan əvvəl Ali Məclisin mərhum deputatı Məmməd Yarəli oğlu Məmmədovun xatirəsi yad olunmuşdur.
Gündəliyə uyğun olaraq, əvvəlcə 2011-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları barədə Naxçıvan MR Baş nazirinin birinci müavini Asəf Məmmədovun, vergilər, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Dövlət Statistika Komitəsi sədrinin çıxışları dinlənilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov gündəliyin ikinci məsələsi - "Normativ hüquqi aktlar haqqında" Muxtar Respublikanın qanunu ilə əlaqədar demişdir ki, layihə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır. Qanun 16 fəsil, 92 maddədən ibarətdir və muxtar respublikada normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını tənzimləyəcəkdir.
Layihə səsə qoyularaq qəbul olunmuşdur.
Sonra "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Qanuna dəyişikliklə əlaqədar Muxtar Respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Naxçıvan MR Qanununu ona uyğunlaşdırmaq məqsədi ilə hazırlanmış qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.
Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları da təsdiq edilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında