Azərbaycan Avropa təsisatları ilə əlaqələrin inkişafında maraqlıdır

İyulun 20-də Milli Məclisin sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Avropa Xalq Partiyasının (AXP) üzvləri ilə görüşmüşdür.
AXP-nin təmsilçilərinin Azərbaycana səfərini yüksək dəyərləndirən Oqtay Əsədov bunun Milli Məclislə AŞPA arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirmişdir.
O.Əsədov demişdir ki, Azərbaycan Avropa strukturları ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Avropa təsisatları ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdəndir. Bu kontekstdə ölkəmiz Avropa Şurası ilə münasibətlərinin daha da dərinləşməsində maraqlıdır. 10 ildən artıqdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Bu illər ərzində ölkəmizin demokratik inkişafında, qanunvericiliyin Avropa standartlarına çatdırılmasında Avropa Şurası vacib rol oynamışdır.
Milli Məclisin sədri hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə Avropa Xalq Partiyası arasındakı əlaqələri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, biz YAP-ın müşahidəçi qismində AXP-də təmsil olunmasını istəyirik.
Respublikamızın dinamik inkişafından söz açan Oqtay Əsədov qeyd etmişdir ki, sosial-iqtisadi sahədə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer almışdır. Hətta 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranı zamanı Azərbaycanda ümumi daxili məhsul istehsalı 9,3 faiz artmışdır. Bu kontekstdə qarşıya qoyulan əsas məqsəd, demokratik cəhətdən mükəmməl inkişaf etmiş dövlət yaradılmasıdır.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq demişdir ki, bu təkcə ölkəmizin deyil, Avropanın da təhlükəsizliyinə təhdiddir. Ermənistan 20 ildən artıq davam edən münaqişənin dinc yolla həlli üçün BMT Təhlükəsizlik Şurasının, Avropa İttifaqının, Avropa Şurasının qərar və qətnamələrini hələ də yerinə yetirmir. Təcavüzkar Ermənistan bu qətnamələrə məhəl qoymur. Bununla beynəlxalq hüquqa, həmin qətnamələri qəbul edən təşkilatlara hörmətsiz yanaşdığını göstərir.
AŞPA-nın yay sessiyasında Ermənistan tərəfinin qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə Alt komitəsinin iclasında iştirakdan imtina etməsi Avropa Şurasına qarşı hörmətsizliyin bariz nümunəsidir.
Görüş üçün təşəkkürünü bildirən AXP sədri Luka Volonte AŞPA-nın demokratiya üçün böyük zəmin olduğunu qeyd etmişdir. O, YAP-ın AXP-də müşahidəçi qismində təmsil olunacağına əminliyini söyləyərək bunun AXP-nin beynəlxalq əlaqələrinin inkişafına töhfə olacağını diqqətə çatdırmışdır.
Qonaq Azərbaycanda demokratiyanın inkişafı, qanunların təkmilləşdirilməsi istiqamətində görülən işlər və dini tolerantlıq məsələləri ilə maraqlanmışdır.
Oqtay Əsədov qonaqları maraqlandıran sualları cavablandırmış, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirdiyini, demokratik inkişaf istiqamətində səylərin davam etdirildiyini bildirmiş, ölkəmizdə dini tolerantlığın çox yüksək səviyyədə olduğunu qeyd etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında