MSK sədri Latviyaya səfər edəcəkdir

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyulun 21-dən 25-dək Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Simdarsın dəvəti ilə Riqada səfərdə olacaqdır.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfərin məqsədi iyulun 23-də Latviyada keçiriləcək referendumda müşahidəçilik etməkdir.
M.Pənahovun Latviya Mərkəzi Seçki Komissiyasının sədri və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulmuşdur. Görüşlərdə iki ölkənin seçki qurumları arasındakı münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcəkdir.
Səfərdə MSK sədrini Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcəkdir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında