Moskvada Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 29-cu iclası başlanmışdır

Moskvada Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun ikigünlük iclası başlanmışdır. Növbəti 29-cu iclas ənənəyə görə, beş Xəzəryanı dövlətin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir. İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
RF xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin iclasda giriş sözü söyləmişdir. O qeyd etmişdir ki, işçi qrupun əvvəlki iclasından iki il keçir. 2009-cu ilin mart ayında Moskvada baş tutmuş həmin iclas Xəzər dialoqunun yüksək intensivliyi ilə səciyyələnirdi. Onun sözlərinə görə, bu müddətdə Xəzərin statusuna dair danışıqların üç raundu olmuş və Xəzəryanı dövlətlərin təhlükəsizlik sahəsində əməkdaşlığı haqqında saziş hazırlanmışdır.
Q.Karasin vurğulamışdır ki, danışıqların bu raundunda beş Xəzəryanı dövlətin nümayəndə heyətləri 2010-cu ilin axırlarında keçirilmiş Bakı sammitinin qərarlarının davamı olan sənədlər hazırlamalıdırlar. RF XİN rəhbərinin müavini xüsusi vurğulamışdır ki, iyulun axırlarında Həştərxanda Xəzər dənizinin bioloji su resurslarına dair komissiyanın növbəti iclası keçirilməlidir. Bu iclasa beş Xəzəryanı dövlətin hamısının nümayəndə heyətləri dəvət olunmuşdur.
Q. Karasin bildirmişdir ki, həmin iclasda Xəzər dənizində nərə balıqları ehtiyatlarının qorunub saxlanması haqqında sazişin Rusiya tərəfindən hazırlanmış layihəsi təqdim ediləcəkdir. O, həmin sənədin dəstəklənəcəyinə ümid etdiyini bildirmişdir.
Xüsusi komissiyanın iclasının işi iyulun 20-də başa çatacaqdır.{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında