Novruz MƏMMƏDOV: "BMT-nin Xartiyasına əsasən işğalda olan ərazilərlə bağlı bütün addımları atmaq ixtiyarımız var"

Qarabağ məsələsi ilə əlaqədar danışıqlar prosesi müsbət nəticə verməyəcəyi təqdirdə, hərb variantına əl atıla biləcəyi ilə bağlı artıq Azərbaycan tərəfindən çoxlu mesajlar verilib.
Bunu Gün.Az-a açıqlamasında Prezident Administrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov dilə gətirib.
O qeyd edib ki, regionda gedən proseslər onu göstərir ki, ümumiyyətlə, danışıqlar apara-apara həm dövlətimizin, həm cəmiyyətimizin güclənməsi, qüdrətlənməsi, inkişafı ilə birlikdə ordumuzu da təmin etməyə çalışırıq və bu istiqamətdə Azərbaycan regionun istər iqtisadi, istərsə hərbi cəhətdən yeganə güclü ölkəsidir.
Baxmayaraq ki, kimlərsə bu gün Azərbaycanı militarist ritorika ilə danışmaqda ittiham edir, bizim BMT-nin Xartiyasına uyğun olaraq öz işğal olunmuş ərazilərimizlə bağlı bütün addımları atmaq ixtiyarımız var. Nə qədər ki, münaqişə həll olunmayıb, bu hüququmuz bizim əlimizdə qalacaq", - deyə PA rəsmisi sonda sözlərinə əlavə edib.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında