ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi qurbanlarına istənilən yardımı bölgənin azərbaycanlı əhalisinə də şamil edilməlidir

"ABŞ-ın Ermənistana yardımı ilə bağlı ekspansionist siyasət Cənubi Qafqazda inkişafa və sülhə əsas əngəldir". İyulun 20-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci maliyyə ili üçün xarici əlaqələr üzrə sanksiyalaşdırma aktı ilə bağlı dinləmələr keçiriləcək.
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, bu qanun ABŞ Dövlət Departamentinin müvafiq proqramlarını, Sülh Korpusu və təhlükəsizliklə bağlı yardımın miqdarını müəyyənləşdirir.
ABŞ-da yaşayan azərbaycanlılar və türklər bununla bağlı kampaniyaya start veriblər. Onlar qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına edilən istənilən yardım azərbaycanlı qurbanlara da şamil edilməli, Ermənistana yardımın miqdarına isə yenidən baxılmalıdır.
"ABŞ Konqresi 1992-ci ildən Dağlıq Qarabağ münaqişəsi qurbanlarının humanitar ehtiyaclarını qarşılamaq üçün yardım ayırır. Amerikada yaşayan ermənilərin təzyiqi altında Dövlət, Xarici Əməliyyatlar və Əlaqədar Proqramlara Təxsisatlar üzrə qanun layihəsinə edilmiş dəyişikliklərə əsasən, 2005-ci ildən etibarən yalnız Dağlıq Qarabağın erməni icmasına yardım edilir. Münaqişə nəticəsində bu bölgədən qovulmuş 600 mindən çox azərbaycanlı isə ABŞ-ın yardımından məhrum edilib", - deyə diaspor üzvlərinin konqresmenlərə ünvanladıqları məktubda deyilir.
Müraciət müəllifləri bildirirlər ki, son altı ildə Dağlıq Qarabağın erməni icmasına yardımlar heç bir əsas olmadan 3 milyon dollardan 8 milyona qaldırılıb: "ABŞ-ın Ermənistana yardımı ilə bağlı ekspansionist siyasət Cənubi Qafqazda inkişafa və sülhə əsas əngəldir. 1993-cü ildən bəri BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə zidd olaraq, Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, yüz minlərlə azərbaycanlı öz evinə qayıda bilmir".
Məktubda ABŞ-da zəif iqtisadi artımın müşahidə olunduğu, ölkənin 14 trilyon dollar borcunun yarandığı bir vaxtda ABŞ-ın Ermənistana və Dağlıq Qarabağın erməni icmasına yardımı artırmasının əsassız olduğu vurğulanır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında