Əli Əhmədov AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvlərini qəbul etmişdir

İyulun 19-da Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının üzvlərindən AŞPA - nın Azərbaycan üzrə həmməruzəçisi, Avropa Xalq Partiyasının vitse - sədri Pedro Agramunt, AŞPA - nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü Agustin Conde Bajen və AŞPA - nın Prosedur Qaydaları, Toxunulmazlıq və Təsisat Məsələləri Komitəsinin sədri Egidijus Vareikisi qəbul etmişdir.
Qonaqları salamlayan Əli Əhmədov onların Azərbaycana səfərlərinin uğurlu olacağına ümid etdiyini bildirmişdir. YAP sədrinin müavini görüşdə Azərbaycanda həyata keçirilən siyasət, ölkəmizin inkişafı istiqamətində atılan uğurlu addımlar haqqında avropalı qonaqlara ətraflı məlumat vermişdir.
Son 7-8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdıran Əli Əhmədov qeyd etmişdir ki, ölkəmiz postsovet məkanında iqtisadi inkişaf baxımından ön sıralarda gedir. Onun sözlərinə görə, dünya iqtisadi böhranla üzləşdiyi illərdə belə, Azərbaycan iqtisadiyyatında 5-7 faiz artım qeydə alınmışdır. "Həyata keçirilən siyasətin əsas məqsədlərindən biri əhalinin rifahının yüksəlməsidir. Belə ki, hər il dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan insanların əməkhaqları artırılır, böyük infrastruktur layihələri həyata keçirilir, modernləşmə bütün sferaları əhatə edir"- deyən YAP sədrinin müavini bu nailiyyətlərin ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsində əldə olunduğunu qeyd etmişdir.
Azərbaycanın xarici siyasəti haqqında məlumat verən Əli Əhmədov ölkəmizin digər dövlətlərlə, o cümlədən beynəlxalq təşkilatlarla normal münasibətlərə malik olduğunu vurğulamışdır. YAP sədrinin müavini qeyd etmişdir ki, Azərbaycan cəmiyyəti beynəlxalq strukturlardan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ciddi addımların atılmasını gözləyir. Əli Əhmədov bildirmişdir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunmuş, 1 milyon insan isə doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüşdür. "Təəssüf ki, hələ də münaqişənin nizama salınması istiqamətində ciddi nəticələr əldə olunmayıb. Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaqdan ötrü müvafiq tədbirlər həyata keçirir. Amma bütövlükdə bu münaqişənin həlli istiqamətində beynəlxalq birlik səylərini gücləndirməlidir"- deyə, Əli Əhmədov vurğulamışdır.
YAP sədrinin müavini Azərbaycanın Avropa məkanı üçün önəmli dövlət olduğunu, ölkəmizin Avropanın enerji təhlükəsizliyi məsələsində vacib rol oynadığını diqqətə çatdırmışdır. O, həmçinin, YAP-ın Avropa Xalq Partiyası ilə əməkdaşlıq etdiyini bildirmişdir: "YAP bu təşkilata üzv olmaq üçün müraciət etmişdir. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələyə də baxılacaq".
AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvü Pedro Aqramunt Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə etmişdir. Səfərin məqsədi barədə məlumat verən qonaq Bakıda dinlərarası dialoqa həsr olunmuş dəyirmi masada iştirak edəcəklərini vurğulamışdır: "Biz başqa dinləri təmsil etsək də, eyni dəyərləri bölüşürük. Avropa Xalq Partiyasında bizim müsəlman tərəfdaşlarımız da var. Ümid edirik ki, qarşılıqlı dialoq bütün cəmiyyətlər üçün böyük fayda verəcək".{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında