ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlərinin yekunlarına dair bəyanat yaymışlar

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 11-18-dək Moskva, Bakı, Vilnüs və Yerevana səfərləri ilə bağlı bəyanat yaymışlar. 
ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin də iştirak etdiyi səfər çərçivəsində həmsədrlər Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Vilnüsdə ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşmüşlər.
Həmsədrlər hər iki prezidentə münaqişənin yekun həllinə dair danışıqları hərəkətə gətirmək üçün Baza Prinsipləri üzrə razılıq əldə etməyin vacibliyini bildirmişlər. Həmsədrlər qeyd etmişlər ki, artıq region xalqlarının möhkəm sülh, təhlükəsizlik və barışığa nail olunması üçün siyasi iradə nümayiş etdirməyin vaxtı yetişmişdir.
Bəyanatın sonunda vurğulanır ki, prezidentlər çərçivə sənədi üçün təklif edilən formullara tezliklə münasibət bildirəcək və münaqişənin sülh yolu ilə həlli prosesində həmsədrlər və həmsədr dövlətlərlə əməkdaşlığı davam etdirəcəklər.

{nl}

Elgün NİFTƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında