Sergey LAVROV: Rusiya qoşunların təmas xəttində hər hansı zorakılıq hərəkətlərini pisləyir

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair danışıqlar prosesinin bugünkü mərhələsində atəşkəs rejiminə əməl edilməsi məsələləri daha çox diqqəti cəlb edir". Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu sözləri keçən həftə uşaq oyuncağının içərisinə qoyulmuş partladıcı qurğunun işə düşməsi nəticəsində həlak olmuş 13 yaşlı azərbaycanlı Aygün Şahmalıyevanın ölümü ilə bağlı məsələni Moskvada mətbuat konfransında şərh edərək söyləmişdir.
Nazir demişdir: "Rusiya Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hər hansı zorakılıq hərəkətlərini pisləyir. Bu cür əməllərin hər biri hərtərəfli təhqiqat tələb edir. Bu yaxınlarda azərbaycanlı qızcığazın həlak olmasının qətl və ya terror aktı olub-olmaması barədə məhkəmə qərar çıxarmalıdır".
Onun sözlərinə görə, hər hansı etimad tədbirləri yalnız ikitərəfli olmalıdır: "Qətllərə gəldikdə, təkcə qoşunların təmas xəttində deyil, bütövlükdə Ermənistan-Azərbaycan sərhədində bu cür əməllərin hər biri hərtərəfli təhqiq edilməlidir. Biz bu təhqiqatdan xəbərdar olmaqda maraqlıyıq. Aldığımız məlumata görə, söhbət Peterburq sakinləri olan qızcığaz və onun anası haqqındadır. Bizim səlahiyyətli orqanlarımız Azərbaycanın müvafiq hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə saxlamaq niyyətindədirlər".
S.Lavrovun sözlərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiyanın xarici siyasət prioritetləri sırasındandır. Nazir demişdir: "Baza prinsiplərinin layihəsi hüquqi sənəd deyil, həqiqətən siyasi sənəddir. Layihə bu sözlərlə başlanır: "Ermənistan və Azərbaycan prezidentləri sülh sazişi üzərində işə başlamağı qərara almışlar". Sonra sülh sazişinə daxil olacaq və məhz bizim razılaşdırdığımız prinsiplər şərh edilir. Həmin prinsiplərin heç də hamısı barəsində hələlik konsensus əldə edilməmişdir, lakin əlbəttə, bu istiqamətdə işləmək lazımdır. Həmsədrlərin vahid fikrinə görə, bu siyasi sənəd razılaşdırılacağı təqdirdə sülh müqaviləsi üzərində sonrakı iş üçün çox böyük əhəmiyyət kəsb edərdi, çünki həmin sənəddə təsbit olunmuş müddəaların xeyli hissəsi sülh müqaviləsinə daxil edilmək üçün hazırdır. Lakin bir sıra başqa müddəalar hələlik birgə işin mövzusudur. Onların sayı azdır, lakin onlar vacibdir və mühüm əhəmiyyət kəsb edir. Beləliklə, hər iki tərəflə bizim münasibətlərimiz kontekstində səylərimizi davam etdirəcəyik".
S.Lavrov vurğulamışdır: "Yəqin ki, bu mərhələdə atəşkəs rejiminin təmin edilməsi məsələləri daha artıq diqqət və daha artıq israrlılıq tələb edir. Əlbəttə, biz başa düşürük ki, hər hansı etimad tədbirləri yalnız ikitərəfli ola bilər. Mən snayperlərin geri çəkilməsini yada salanda - bu da həmsədrlərin mövqeyidir - biz, əlbəttə, hər iki tərəfdən olan snayperlərin geri çəkilməsini nəzərdə tuturuq".
İki ölkənin XİN rəhbərləri sərhədyanı Xraxroba və Üryanoba kəndləri ilə bağlı vəziyyət haqqında məsələni də şərh edərək bildirmişlər ki, bu məsələ artıq öz həllini tapmışdır. Sergey Lavrov bəyan etmişdir ki, bu kəndlər həmişə Azərbaycan əraziləri olmuşdur. Həmin kəndlərin sakinlərinin bir qismi Azərbaycan vətəndaşları kimi qalmağı üstün tutmuşdur, digərləri isə öz əmlakını sataraq Rusiyaya köçürlər və onun vətəndaşlığını qəbul edəcəklər.

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında