Moskvada Azərbaycan XİN başçısı RF Federasiya Şurası sədrinin müavini ilə görüşmüşdür

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfərinin gedişində RF Federasiya Şurasının sədr müavini Svetlana Orlova ilə görüşmüşdür. 
S.Orlova Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək qeyd etmişdir ki, son illərdə ikitərəfli əlaqələrin inkişafı üçün çox iş görülmüşdür, lakin qarşıda, o cümlədən parlamentlərarası səviyyədə görüləsi işlər çoxdur. O, Bakıda keçirilmiş Rusiya-Azərbaycan humanitar forumundan çox məmnun olduğunu bildirərək vurğulamışdır ki, artıq beynəlxalq status almış növbəti forumun miqyası daha geniş olacaqdır. RF Federasiya Şurası sədrinin müavini demişdir: "Biz növbəti humanitar foruma daha ciddi hazırlaşırıq. Rusiya həmin forumda nüfuzlu nümayəndə heyəti ilə təmsil olunacaqdır. Çoxlu maraqlı və aktual məsələlərin müzakirə edilməsi planlaşdırılır. Azərbaycanla humanitar sahədə fəal əməkdaşlıq etməyimiz bizi çox sevindirir".
S.Orlova qeyd etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən Kremldə təşkil edilmiş gözəl konserti Rusiyada hələ də xatırlayırlar. Svetlana Orlova demişdir: "Bu çox nüfuzlu və yüksək səviyyə idi. Həm Prezident İlham Əliyev, həm də Mehriban xanım Əliyeva çox böyük və mühüm işlər görürlər".
Nazir Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla aparılmış danışıqlardan məmnun olduğunu bildirərək vurğulamışdır ki, bu danışıqlar ikitərəfli münasibətlərin bütün spektrini əhatə etmişdir. O demişdir: "Azərbaycan ilə Rusiya arasında əlaqələri ölkələrimizin prezidentləri arasında qarşılıqlı münasibətlər səviyyəsinə çatdırmaq lazımdır. Məhz bu münasibətlər bütün məsələləri həll etməyə imkan verir. Bütün problemlər sakit, normal şəraitdə, dostcasına və konstruktiv həll edilir. Bu, çox vacibdir".
Azərbaycan XİN başçısı Rusiya Prezidenti Dmitri Medvedevə Ermənistan-Azərbaycan münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün şəxsi təşəbbüsünə və istəyinə görə minnətdarlığını ifadə etmişdir.
E.Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin parlamentləri arasında fəal əməkdaşlığın və parlament diplomatiyasının da vacibliyini qeyd etmişdir. Nazir iki ölkənin prezidentlərinin himayəsi altında Azərbaycanda keçiriləcək beynəlxalq humanitar foruma hazırlığın gedişi barədə ətraflı məlumat vermişdir. Elmar Məmmədyarov demişdir: "Bu forum özlüyündə Azərbaycan ilə Rusiya arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olmasını nümayiş etdirəcəkdir".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında