Ariel KOEN: ABŞ və NATO Azərbaycanın Əfqanıstana köməyini xüsusi qeyd etməlidir

"The FOUNDRY" nəşrinin səhifələrində amerikalı analitik Ariel Koenin Azərbaycana məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı məqaləsi dərc edilib.
"Azadinform"un məlumatına görə, o bildirib ki, bir sıra ölkələr Əfqanıstandan öz qoşunlarını çıxarmağa başladıqları bir vaxtda bu kiçik müsəlman ölkəsi sülhyaratma missiyasına öz töhfəsini verir: "ABŞ və NATO bunu xüsusi qeyd etməlidir". O, Azərbaycan və Gürcüstanın əfqan koalisiyasında xüsusi strateji əhəmiyyət kəsb etdiyini qeyd edib.
"Pentaqonun o vaxtkı rəhbəri Robert Geyts Bakıya səfəri zamanı şəxsən Prezident İlham Əliyevə Əfqanıstandakı dəstəyə görə təşəkkür edib. Bundan əlavə, xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda bildirib ki, Azərbaycan bundan sonra Əfqanıstanda sabitliyin əldə olunması üçün qoşunların sayını iki dəfə artırmağa hazırdır. Özü də bütün bunlar rəsmi Bakının Əfqanıstana humanitar köməyinə əlavədir" - deyə məqalədə bildirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında