Milli Məclisin sədr müavini Bahar Muradova ATƏT PA-nın sədrini 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirməyə çağırıb

Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ermənilərin Tovuz rayonunun Əlibəyli kəndində törətdikləri vandalizm aktı ilə əlaqədar ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuya və sədrin Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joao Soareşə məktubla müraciət edib.Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib. 
Məktubda deyilir:
"Ötən həftə Belqradda keçirilmiş ATƏT PA-nın "ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc" mövzusunda yay sessiyasında həlli uzaldılmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı qəbul edilmiş Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış Ermənistan tərəfi yenə də destruktiv addımlar atır.
Artıq bildiyiniz kimi, Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirmişdir.
Danışıqlar prosesinin intensivləşdiyi, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetirilməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir.
Yuxarıda göstərilən vandalizm hadisəsindən dərin narahatçılığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik."


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında