YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır. 
Avropa Parlamentinin Portuqaliyadan olan deputatı Ferreira Fernandes Xose Manuel Azərbaycanı modern və tolerant bir ölkə kimi tanıdıqlarını qeyd etmiş, Azərbaycanın geopolitik və strateji baxımdan Avropa İttifaqı üçün çox önəmli bir ölkə olduğunu bildirmişdir. Azərbaycanı çox surətlə inkişaf edən ölkə kimi xarakterizə edən portuqaliyalı deputat Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduqlarını nəzərə çatdırmışdır.
Azərbaycanda ən ağrılı problemin qaçqın və məcburi köçkünlərlə bağlı olduğunu etiraf edən Avropa Parlamentinin Fransadan olan deputatı Franko Qaston Avropa İttifaqının bu istiqamətdə ölkəmizə yardımlarının olacağını qeyd etmiş, təmsil etdiyi qurumun Azərbaycanla enerji sahəsində mövcud əməkdaşlığın daha dərinləşdirilməsində maraqlı olduğunu bildirmişdir.
Belçika Parlamentinin üzvü Alain Destexin Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirmiş, rəsmi Bakının qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsində ciddi səylərini yüksək qiymətləndirmişdir.
Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov Azərbaycan cəmiyyəti üçün ən vacib problemin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu qonaqların nəzərinə çatdırmış, eyni zamanda Azərbaycan xalqının bu məsələdə beynəlxalq ictimaiyyətdən və təşkilatlardan da ədalətli mövqe gözlədiyini qeyd etmişdir. Əli Əhmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, eyni zamanda, Azərbaycanla Avropa arasında enerji əməkdaşlığının hər iki tərəfin marağı çərçivəsində daha da güclənməsinə təkan olacağını qeyd etmişdir.
Görüşdə həmçinin, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında mövcud əlaqələrin daha da genişləndirilməsi və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında