Avropa Parlamenti Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir

İyulun 15-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşmüşdür. 
O.Əsədov birgə səylər nəticəsində Azərbaycan ilə Avropa İttifaqı və Avropa Parlamenti arasında mövcud olan əməkdaşlığın daha da dərinləşəcəyinə və yeni məna kəsb edəcəyinə ümidvar olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, əvvəllər əlaqələrimiz Avropa İttifaqı tərəfindən yardımlar səviyyəsində qurulmuşdursa, bu gün münasibətlərimiz qarşılıqlı, faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.
Milli Məclisin sədri xüsusi vurğulamışdır ki, Avropa İttifaqı və quruma üzv olan ölkələrlə əlaqələrin daha da dərinləşməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Biz Avropa qurumları ilə işbirliyini bundan sonra da genişləndirmək niyyətindəyik. Əlaqələrimiz "Avropa Qonşuluq Siyasəti" və bu siyasətin tərkib hissəsi olan Şərq Tərəfdaşlığı vasitəsilə yüksələn xətlə inkişaf edir. Avronest Parlament Assambleyasının təsis edilməsi əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasına kömək edəcəkdir. İnanırıq ki, Avronest PA ona bəslənən ümidləri doğruldacaq, Böyük Avropa ailəsinin üzvləri ilə sıx birliyin yaradılmasına dəyərli töhfələr verəcəkdir.
O.Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırmış, bölgənin inkişafındakı mühüm rolundan danışmışdır. Qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə mane olmaqla yanaşı, həm də Avropa təhlükəsizlik arxitekturası üçün təhlükədir. Biz problemin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə tərəfdarıq.
Milli Məclisin sədri Avropa Parlamentində Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul olunmuş qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini yüksək qiymətləndirmiş, beynəlxalq birliyin səyləri nəticəsində problemin tezliklə öz ədalətli həllini tapacağına ümidvar olduğunu bildirmişdir.
Avropa Parlamentinin üzvü Franko Qaston Milli Məclisdə olmaqlarından şərəf duyduqlarını bildirmişdir. O demişdir ki, Avropa Parlamenti Qafqazın bu ölkəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Qurum təkcə enerji sahəsində deyil, parlamentlər səviyyəsində, mədəni, humanitar sahələrdə əməkdaşlıqda da maraqlıdır.
Avropa Parlamentinin üzvləri Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələrin inkişafı, Avronest PA-nın fəaliyyəti barədə fikirlərini bölüşmüşlər.
Söhbətdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Görüşdə Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, Avropa Parlamentinin üzvləri Ferreira Fernandez Xose Manuel, Alan Desteks iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında