Əli ƏHMƏDOV: Hər bir siyasi partiya öz fəaliyyətini Azərbaycanın müasir şəraitinə uyğunlaşdırmalıdır

Hər bir siyasi partiya öz fəaliyyətini Azərbaycanın müasir şəraitinə uyğunlaşdırmalıdır. Ölkəmizdə mövcud olan partiyaların müəyyən hissəsi bu və ya digər dərəcədə fəaliyyət göstərə bilirlər. Amma çoxlu sayda partiyalar var ki, onların fəaliyyət göstərmək potensialı cəmiyyətdə mövcud deyildir.
Bu sözləri Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Əli Əhmədov bildirmişdir ki, son vaxtlar "Siyasi partiyalar haqqında" Qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səslənir. Təbii ki, zərurət yarandıqda, istənilən qanunun təkmilləşdirilməsi istiqamətində addımlar atılmalıdır. "Siyasi partiyalar haqqında" Qanunun da yeniləşdirilməsinə ehtiyac vardır. Bu qanunu təkmilləşdirərkən Azərbaycan cəmiyyətində siyasi partiyalarla bağlı təsəvvürlərin müasir standartlara uyğunlaşdırılmasına çalışmalıyıq. Ümumiyyətlə, siyasi partiyaların hansı prinsiplər əsasında fəaliyyət göstərməsi, onların fəaliyyət istiqamətlərinin müəyyənləşməsi məsələləri ciddi müzakirə olunmalıdır. Əli Əhmədov demişdir: "Azərbaycanda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı bir sıra təkliflər səslənir. Hesab edirəm ki, büdcədən maliyyələşmə məsələsində əsas meyar kimi partiyaların Milli Məclisdə təmsilçiliyi götürülməlidir. Azərbaycanda majoritar seçki sistemi mövcuddur, bunun özü də siyasi partiyaların fəaliyyətinə ciddi təsir göstərir. Bu amil mütləq şəkildə siyasi partiyaların maliyyələşdirilməsi məsələsi işlənərkən nəzərə alınmalıdır. Ən ədalətli forma Milli Məclisdə təmsilçilikdir. Partiyaların Milli Məclisdə təmsil olunması eyni zamanda həmin partiyaların xalq tərəfindən necə dəstəklənməsinin göstəricisidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında