Aqşin Mehdiyev: Əgər Təhlükəsizlik Şurasının üzvü olsaq, hesab edirəm ki, bizim bu strukturda müzakirə olunmaq üçün irəli sürəcəyimiz çoxlu məsələlər var

"Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə ölkənin bu strukturda müzakirə etmək üçün irəli sürəcəyi məsələlərə dəqiq baxışı, dəqiq proqramı və təklifləri var". Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev bildirib.
Səfir qeyd edib ki, Təhlükəsizlik Şurası BMT-nin ali orqanıdır və bu orqanın üzvü olmaq istənilən ölkə üçün hər şeydən əvvəl nüfuzlu hadisədir: "BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr praktiki olaraq hazırda dünya ictimaiyyətini narahat edən ən aktual məsələlərin həllində, eləcə də bu gün dünyada mövcud olan qaynar nöqtələrdəki, Liviya və digər ölkələrdəki mövzular üzrə müzakirələrdə iştirak edirlər. Mən irəliyə getmək və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olacağı halda nə edib-etməyəcəyi barədə indidən danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, Azərbaycanın bu strukturda müzakirə etmək üçün irəli sürəcəyi məsələlərə dəqiq baxışı, dəqiq proqramı və təklifləri var. Əgər Təhlükəsizlik Şurasının üzvü olsaq, hesab edirəm ki, bizim bu strukturda müzakirə olunmaq üçün irəli sürəcəyimiz çoxlu məsələlər var".
Xatırladaq ki, Azərbaycan 2012-ci il üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə öz namizədliyini irəli sürüb. Seçkilər bu ilin payızında keçiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında