Rusiya və ABŞ prezidentləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişlər

Rusiya və ABŞ prezidentləri arasında telefon söhbəti olmuşdur. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də müzakirə etmişlər. 
AzərTAc Rusiya Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Barak Obama və Dmitri Medvedev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparmışlar.
B.Obama D.Medvedevin bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirmişdir. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbərləri kimi hər iki dövlət başçısı İrəvan və Bakı arasında problemin sülh yolu ilə həllinə yardım məqsədi ilə gələcəkdə də müəyyən addımların atılmasına əminlik ifadə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında