Romanın tarixi Rondini sarayında "Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi" mövzusunda konfrans keçirilmişdir

İyulun 11-də beynəlxalq əlaqələr sahəsində İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Roma şəhərindəki tarixi Rondini sarayında "Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi" mövzusunda konfrans keçirmişdir.
Azərbaycanın İtaliyadakı səfirliyindən bildirmişlər ki, tədbiri BMİ-nin direktoru professor Ettore Qreko açmışdır. Daha sonra BMİ direktorunun müavini xanım Natali Toççi, Azərbaycan Diplomatik Akademiyasının icraçı dekanı Fariz İsmayılzadə, Münaqişələr və Dövlət Quruculuğu üzrə London İnformasiya Şəbəkəsinin (LİNKS) icraçı direktoru Dennis Sammut məruzələrlə çıxış etmişlər.
Milan Katolik Universitetinin professoru xanım Valeria Piaçentini isə tədbirin aparıcısı olmuşdur.
Konfrans zamanı məruzəçilər tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı auditoriyanın çoxsaylı sualları cavablandırılmış və bu mövzu ilə əlaqədar geniş müzakirələr aparılmışdır.
Müzakirələr zamanı çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov münaqişə ilə bağlı ölkəmizin mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Konfransda İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
"Dağlıq Qarabağ üzrə danışıqların gələcəyi" mövzusunda konfrans BMİ-nin Azərbaycanla bağlı keçirməyi planlaşdırdığı silsilə tədbirlərin birincisidir. Cari il ərzində BMİ tərəfindən enerji təhlükəsizliyi, iqtisadi məsələlər, vətəndaş cəmiyyəti və demokratikləşmə məsələlərinə həsr ediləcək digər konfransların da keçirilməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında