ATƏT-dən Dağlıq Qarabağ çağırışı

ATƏT Parlament Assambleyası təşkilat çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha fəal səylər göstərməyə çağırmışdır. 
Bu barədə ATƏT PA-nın bazar günü Belqradda başa çatan illik iclasının yekun bəyannaməsində qeyd edilmişdir.
Assambleyanın rəsmi saytında yerləşdirilən sənəddə bildirilir ki, ATƏT Parlament Assambleyası son vaxtlar Dağlıq Qarabağ ətrafında gərginliyin artması ilə bağlı təəssüfləndiyini bildirmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, həmçinin də Moldova və Gürcüstandakı həll olunmamış münaqişələrin nizamlanması üçün ATƏT çərçivəsində daha fəal siyasi səylər göstərməyə çağırmışdır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi ilə başlamışdır. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər arasında atəşkəs rejiminə dair razılaşma əldə edilmişdir və o vaxtdan ATƏT-in Minsk qrupunun, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında