Azərbaycan Afrika İttifaqının üzvü olan ölkələrə müraciət etmişdir

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev ölkənin Afrika İttifaqı yanında daimi nümayəndəsi statusunda qurumun Ekvatorial Qvineyada keçirilmiş sammitində Azərbaycanı təmsil etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sammit çərçivəsində Ş.Abdullayev Afrika İttifaqı Komissiyasının sədri Jan Pinq və qərargah rəisi, səfir Con Kayodi Şinkayi, təşkilatın humanitar və insan resurslarının inkişafı departamentlərinin direktorları ilə görüşlər keçirmişdir. Diplomat Afrika İttifaqı ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat, elm, təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə etmişdir.
Ş.Abdullayev Afrika İttifaqının üzvü olan dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirmiş və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmişdir.
Sammit çərçivəsində Azərbaycanın Afrika İttifaqının üzvü olan ölkələrə müraciəti də yayılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında