Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasındakı əlaqələr daha da möhkəmlənəcək

Qurultaydan sonra Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələr daha da möhkəmlənəcəkdir.
Bu sözləri Azərbaycan diasporunun nümayəndələri ilə dövlət və hökumət qurumlarının rəhbərləri arasında keçirilən görüşdən sonra jurnalistlərə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov demişdir.
N.İbrahimov bildirmişdir ki, Dünya azərbaycanlılarının qurultayına maraq çox böyük olmuşdur. Ona görə ki, qurultayın işində dünyanın müxtəlif ölkələrindən məşhur ictimai-siyasi xadimlər, hökumət rəsmiləri, deputatlar iştirak etmişlər.
Açılış mərasimində qonaqların sayının çoxluğunu, çıxışlarını nəzərə alaraq, iyulun 6-da Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Azərbaycanın diaspor nümayəndələri ilə dövlət qurumlarının rəhbərləri arasında görüş keçirilməsini təşkil etməyi qərara aldıq. Tədbirdə dövlət qurumlarının rəhbərləri özlərinin başçılıq etdikləri sahələrə aid məlumat verdilər. Diaspor təşkilatlarının nümayəndələri çıxış edərək öz fikirlərini bildirdilər.
Görüşdə qurultayda Prezident İlham Əliyevin proqram xarakterli nitqi və verdiyi göstərişlər geniş müzakirə olundu və yaxın 5 ildə fəaliyyət proqramı olaraq qəbul edildi.
N.İbrahimov demişdir ki, qurultayda dövlətimizin başçısı qarşımızda diaspor fəaliyyəti ilə bağlı konkret vəzifələr qoymuşdur. Bu vəzifələr sırasında diaspor təşkilatlarının güclənməsi və birliyi, onların dövlət strukturları ilə daha sıx əlaqəsinin təmin olunması xüsusilə əhəmiyyətlidir. Şübhəsiz, bu vəzifələrin yerinə yetirilməsində ən böyük iş bizim komitənin üzərinə düşür.
Qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə diaspor təşkilatları arasında əlaqələri bundan sonra daha da möhkəmləndirəcəyik. Eyni zamanda, düşünürəm ki, bu sahədə atdığımız addımların vahid istiqamətə yönəldilməsi üçün Azərbaycanın bütün nazirlikləri və digər dövlət qurumları birgə fəaliyyət göstərməlidirlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında