Bir neçə ölkənin BMT yanında daimi nümayəndələrinə Azərbaycan haqqında ətraflı məlumat verilmişdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 8-də Banqladeşin, Dominikan Respublikası, Burkina Fasonun, Konqonun, Qambiyanın, Lesotonun, Maldiv adalarının, Myanmanın, Naurunun, Somalinin, Trinidad və Tobaqonun və Toqonun BMT yanında daimi nümayəndələri ilə görüşmüşdür. 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir E.Məmmədyarov bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini qeyd edəcəyini qonaqların diqqətinə çatdırmışdır. Ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlət olduğunu deyən nazir, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu bölgədə bütün iri layihələrin respublikamızın iştirakı olmadan həyata keçirilməsinin mümkünsüzlüyünü vurğulamışdır.
E.Məmmədyarov qonaqlara ölkənin enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın hidrokarbonat ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında məlumat vermişdir. Azərbaycanın bir sıra beynəlxalq təşkilatların fəal üzvü olduğunu qeyd edən nazir E.Məmmədyarov ölkəmizin keçən ay Qoşulmama Hərəkatına tam üzv qəbul edildiyini bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara ətraflı məlumat verən nazir münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbuledilməz olduğunun qeyd edildiyini bildirmişdir. O, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulamışdır.
Sonda Azərbaycanın xarici işlər naziri qonaqların ölkəmizdə və regionda baş verən proseslərlə bağlı suallarını cavablandırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında