ATƏT-in Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ qaldırılmışdır

Serbiyanın paytaxtı Belqradda ATƏT Parlament Assambleyasının yay sessiyası davam edir. 
Sessiyada iştirak edən Azərbaycan parlament nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ qaldırmışdır.
Sessiya çərçivəsində assambleyanın daimi komitəsinin iclası keçirilmişdir. İclasda assambleyanın maliyyə məsələlərinə, üzv dövlətlərin üzvlük haqlarına, 2011-2012-ci illər üçün büdcəsinə baxılmışdır. Assambleyanın baş katibi Spenser Oliver çıxışında beynəlxalq katibliyin işindən danışıb, təşkilatın seçkiləri müşahidə missiyalarında təmsil olunan deputatların sayının ildən ilə artdığını bildirmişdir.
Makedoniya, Qazaxıstan və Türkiyədə keçirilmiş seçkilərdə müşahidə missiyalarının rəhbərlərinin hesabatları dinlənilmiş və müzakirələr aparılmışdır.
Qadın və kişi bərabərliyinin təmin olunması ilə bağlı sənədin layihəsinin ümumi iclasda müzakirəyə çıxarılması təklif edilmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova assambleya sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə yeni xüsusi nümayəndəsinin təyinatı məsələsini qaldırmışdır. Assambleya sədri Petros Eftemiu bu məsələnin yaxın vaxtlarda həll ediləcəyini bildirmişdir.
Assambleyanın ümumi iclasında ATƏT-in fəaliyyətdə olan sədri çıxış edərək regiona səfərindən, görüşlərindən danışmış, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığından təəssüf hissi keçirdiyini, problemin həlli istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirmişdir.
Məsələ ilə bağlı Bahar Muradovanın sualına cavab olaraq sədr bildirmişdir ki, Azərbaycan və Ermənistan özləri ayrı-ayrılıqda Minsk qrupunun fəaliyyətinə qiymət verməlidirlər. Qrup çoxlu təkliflər irəli sürüb və irəli sürməkdə davam edir. Hər iki ölkənin təkliflərə reaksiyaları təhlil olunmalıdır.
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Azay Quliyev həmsədrlərin assambleya qarşısında çıxış etməsi mümkünlüyü məsələsini qaldırmış, Ermənistanın hər zaman danışıqları pozmaq cəhdlərini tənqid etmiş və buna qiymət verilməsinin vacibliyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında