Azərbaycanın və Fransanın xarici islər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etmişlər

Fransada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 6-da bu ölkənin xarici islər və Avropa məsələləri naziri Alən Jupe ilə görüşmüşdür. 
Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşünün davamı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunmuşdur.
Fransız iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq imkanları, iqtisadi və ticarət dövriyyəsinin genişləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılmışdır.
Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, bu səfər Fransa ilə Azərbaycan arasında qurulmuş dərin dostluq münasibətlərindən xəbər verir. Aparılan danışıqlar zamanı ikitərəfli münasibətlərimizi möhkəmləndirmək və Azərbaycan ilə əməkdaşlığımızı daha da genişləndirmək üçün geniş imkanların mövcudluğu bir daha təsdiqlənmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında