ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ) bəyanat yaymışlar. 
Təşkilatın rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər iyulun 4-də Vyanada ATƏT-in baş katibi Lamberto Zannyer və Minsk qrupuna daxil olan dövlətlərin nümayəndələri ilə ayrı-ayrılıqda görüşmüşlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqları prosesinin cari vəziyyətinin müzakirə edildiyi görüşlərdə həmsədrlər iyunun 24-də Kazanda keçirilmiş görüşün nəticələri barədə məlumat vermişlər.
Görüşlərdə, həmçinin hərtərəfli sülhə nail olmaq məqsədi ilə əsas çərçivə kimi qəbul olunan Baza Prinsiplərinin yekunlaşdırılması üçün tələb olunan növbəti addımlar müzakirə edilmişdir.
Bəyanatda qeyd edilir ki, tərəflər Kazan görüşündə Baza Prinsipləri üzrə yekun razılıq əldə etməsələr də, bu görüşdə irəliləyiş olmuşdur. Tərəflərin danışıqlara davam edəcəklərini təsdiq etmələri də daxil olmaqla, Kazan görüşünün nəticələri hər iki tərəfin qəbul edilmiş prinsiplər əsasında mümkün qədər tez bir zamanda razılığa gəlmələri üçün şərait yaradır. Qalan fikir ayrılıqları tərəflərə Baza Prinsiplərinin təsdiq edilməsinə və sülh prosesinin saziş hazırlanması mərhələsinə keçidinə mane olmamalıdır. Prezidentlər Medvedev, Sarkozi və Obamanın mayın 26-da Dovil bəyannaməsində qeyd etdikləri kimi, bundan sonrakı ləngimələr tərəflərin razılığa gəlmək istəyini şübhə altına alır.
Həmsədrlər Moskvada məsləhətləşmələr aparmağı və yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar.

{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında