Viktor Yanukoviç: Ukrayna Qarabağ nizamlanmasında maksimal səy göstərəcək

Ukrayna prezidenti Viktor Yanukoviç ölkəsinin ATƏT-ə sədrlik edəcəyi müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə maksimal səy göstərəcəyini bəyan edib.
O, bunu Kiyevdə erməni həmkarı Serj Sarkisyanla birgə keçirdiyi görüşdə bildirib. "Azadinform" "LІQABіznesІnform"a istinadən xəbər verir ki, Yanukoviç bildirib: "Ukrayna Ermənistan və Azərbaycanla çox gözəl dostluq və tərəfdaş münasibətlərinə malikdir. "Münaqişənin nizamlanmasının sülh yolu ilə həlli bizim maraqlarımıza uyğundur. Biz dostlarımıza münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllini tapmağı arzulamaq istəyirik. Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik edəcək və biz danışıqlar prosesinin irəliləməsi üçün maksimum səy göstərəcəyik" - deyə o əlavə edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında