Azərbaycan GUAM-da əsas aparıcı dövlətdir

Azərbaycan GUAM-da əsas aparıcı dövlətdir. Baltik Assambleyası (BA) GUAM-la əlaqələrin inkişafında maraqlıdır. Hesab edirik ki, iki təşkilat arasında əməkdaşlığın inkişafı Azərbaycanın Baltikyanı ölkələrlə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir. 
Bu sözləri Bakıda səfərdə olan BA sədrinin müavini, Latviya parlamentinin bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Yanis Reirs iyunun 29-da Milli Məclisdə Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin üzvləri ilə görüşdə söyləmişdir.
Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri, deputat Elton Məmmədov demişdir ki, Azərbaycan bütün beynəlxalq təşkilatlar, eləcə də BA ilə əməkdaşlıqda maraqlıdır. Əlaqələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də genişlənməsi ümumi işin xeyrinədir və tərəflərin milli maraqlarına xidmət edir.
E.Məmmədov Azərbaycanın GUAM-dakı rolu, GUAM-ın fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rəsmi Bakı GUAM, Baltik Assambleyası və Benilüks Ölkələri Assambleyasının iştirakı ilə bu ilin oktyabrında Bakıda beynəlxalq konfransın keçirilməsi təşəbbüsünü dəstəkləyir. Biz hesab edirik ki, GUAM ilə BA, eləcə də Benilüks Ölkələri Assambleyası arasında əlaqələrin genişlənməsi bəzi problemlərin, xüsusilə də regional münaqişələrin həllində mühüm rol oynayacaqdır.
Yanis Reirs demişdir ki, Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir. Bu cür dinamik inkişaf onun dünyada imicinin artmasına və beynəlxalq təşkilatlarda aparıcı dövlətə çevrilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan GUAM-da əsas aparıcı dövlətdir.
Y.Reirs Azərbaycan nümayəndə heyətinin GUAM-dakı fəaliyyətini diqqətlə izlədiklərini vurğulamış və onların GUAM-la BA arasındakı əlaqələrin inkişafına verdikləri töhfəni yüksək qiymətləndirdiklərini bildirmişdir. O demişdir ki, məhz bu fəaliyyətlərinə görə Azərbaycanın GUAM-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və heyətin üzvü Əli Məsimli Baltik Assambleyasının 20 illik yubiley medalı ilə təltif olunmuşlar.
Sonra Y.Reirs yubiley medallarının sertifikatlarını sahiblərinə təqdim etmişdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında