Almaniyanın "Die Welt" qəzeti Dağlıq Qarabağ münaqişəsindən yazmışdır

Almaniyanın "Die Welt" qəzetinin 25 iyun tarixli nömrəsində Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Unudulmuş münaqişə" başlıqlı məqalə dərc olunmuşdur.
Məqalə cəbhə bölgələrinin birində qoşunların təmas xəttinin təsviri ilə başlayır və bildirilir ki, Azərbaycan əsgərlərini erməni separatçılarından 200 metrlik məsafə ayırır. Azərbaycan əsgərlərinin səngərindən Ermənistan tərəfindən zəbt olunmuş Azərbaycan yaşayış məskənlərinin xarabalıqları görünür. Öz doğma yurd-yuvalarından didərgin salınmış bu ərazilərin azərbaycanlı əhalisi hazırda qaçqın düşərgələrində yaşayır. Müəllif bildirir ki, 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonrakı 17 illik danışıqlar da bu vəziyyətə heç bir təsir göstərmir. Azərbaycan və Ermənistan prezidentləri hazırda Rusiyanın dövlət başçısının vasitəçiliyi ilə razılaşma əldə etməyə çalışırlar.
Daha sonra 120 kilometr uzunluğu olan cəbhə xəttində daim atəşkəsin pozulduğu və təkcə 2010-cu ildə hər iki tərəfdən 30 nəfərin həlak olduğu barədə məlumat verilir. Qəzet bildirir ki, amma bu vəziyyət səngərdə qulluq edən Samir Əliyev adlı Azərbaycan əsgərini qorxutmur. Əksinə, Samir Əliyev "Mən bu torpağın azad olunması üçün həyatımı verməyə hazıram" söyləyir.
Qəzet yazır ki, məcburi köçkünlərin yaşayış şəraitinə nəzər yetirəndə 1992-ci il mayın 17-də ermənilər tərəfindən işğal olunmuş ərazilərdən qovulmuş S.Əliyevin bu mübarizə ruhunun haradan qaynaqlandığı da bəlli olur. Qarabağ müharibəsi nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Onlar uzun müddət çadır düşərgəsində, vaqonlarda və yaşayış üçün qeyri-münasib olan digər tikililərdə yerləşdirilmişlər. Sonradan ölkənin böyük neft və qaz gəlirləri hesabına onlar üçün müvəqqəti müasir yaşayış məskənləri salınmışdır və bu iş davam etdirilir.
Müəllif bildirir ki, heç də qaçqınların hamısı üçün müasir qaçqın şəhərcikləri salmaq mümkün olmamışdır. Məsələn, Ağcabədi rayonunun 120 min nəfərlik əhalisindən 30 mini işğal olunmuş rayonlardan qovulmuş məcburi köçkünlərdir ki, onların da əksəriyyəti hələ də fəlakətli şəraitdə yaşayır. Artıq 20 ildir ki, məcburi köçkün düşmüş və ailəsi ilə birgə acınacaqlı şəraitdə yaşayan Əsgər Bağırov "əslində bizə yeni ev deyil, öz dədə-baba torpağımız lazımdır", - deyir.
Daha sonra məqalədə "ruhlar şəhəri" adlandırılan Ağdamın 1993-cü il iyulun 23-də işğal olunması və şəhərin indiki xarabalıq vəziyyətinin təsviri yer alır. Yazıda "Human Rights Watch" təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini heç bir lüzum olmadan dağıtmaları barədə məlumat sitat gətirilir.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında