ATƏT sədri Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticəsi ilə bağlı açıqlama yayıb

Audronius Ajubalis tərəfləri atəşkəs rejimini gücləndirməyə çağırır
ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronius Ajubalis Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı açıqlama yayıb.
APA-nın ATƏT-in saytına istinadən xəbərinə görə, A.Ajubalis açıqlamasında Dağlıq Qarabağ münaqişəsi üzrə hərtərəfli sülhə nail olmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb.
"Mən bir sıra məsələlər üzrə razılıq əldə olunmasını alqışlayıram. Çünki bunlar baza prinsiplərini təsdiq etmək üçün şərait yaradacaq. Ümidvaram ki, qalan məsələlərin həlli üzrə iş davam etdiriləcək və bu münaqişənin həlli üçün yol açacaq" - deyə A.Ajubalis qeyd edib.
Onun sözlərinə görə, ATƏT üçtərəfli səviyyədə, Minsk qrupu və təşkilatın sədrinin şəxsi nümayəndəsi tərəfindən reallaşdırılan səyləri dəstəkləməyə hazırdır və bu səylər Cənubi Qafqazda qeyri-stabilliyə, qarşıdurmaya son qoya bilər.
ATƏT sədri atəşkəs rejiminin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Mən tərəfləri Həştərxan və Soçi görüşlərində əldə olunan razılaşmalara riayət etməyə, həmçinin təmas xəttində mümkün insidentləri araşdırmağa, güc tətbiq etmə və güc tətbiq etməklə hədələmədən vaz keçməyə çağırıram".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında