Qənirə Paşayeva: Ermənistan prezidentinin Avropa Şurasının prinsiplərinin əleyhinə verdiyi ciddi açıqlamalara təşkilat öz etirazını bildirməlidir

Avropa Şurası Ermənistan prezidentinin bu beynəlxalq qurumun prinsiplərinin əleyhinə verdiyi ciddi açıqlamalara biganə qalmamalıdır. 
Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının üçüncü iş günündə Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva "Parlament Assambleyasında islahatlar" mövzusunda məruzə ətrafında çıxışı zamanı demişdir. O, nitqinin əsas hissəsini müzakirələrdən əvvəl çıxış edən Ermənistan Prezidenti Serj Sarkisyanın səsləndirdiyi fikirlərə, Azərbaycan əleyhinə verdiyi absurd açıqlamalara cavaba yönəltmişdir.
Nümayəndə heyətimizin üzvü Azərbaycanın Avropa Şurasında (AŞ) aparılan islahatları dəstəklədiyini bildirmiş və onun qəbul etdiyi qərarların yerinə yetirilməsinə nəzarət etmək üçün mövcud mexanizmlərin gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycanlı deputat sözünə davam edərək demişdir: "AŞPA-nın qəbul etdiyi qərarların nə dərəcədə yerinə yetirildiyinə nəzarət etmək üçün mövcud mexanizmləri gücləndirməklə yanaşı, yalnız bundan sonra çıxarılacaq qərarların deyil, eləcə də bu günə qədər qəbul olunmuş qərarların da nə dərəcədə tətbiqinə əmin olmaq üçün ciddi nəzarət mexanizmlərinin hazırlanması, ya da mövcud olan mexanizmlərin daha da gücləndirilməsi qənaətindəyəm.
Bu xüsusda diqqətinizi bir fakta cəlb etmək istərdim. AŞPA-nın 1416 saylı qətnaməsinin qəbulundan 6 il keçmişdir. Buna baxmayaraq, Ermənistan tərəfi həmin qətnamədən irəli gələn tələblərin yerinə yetirilməsinə dair bir addım belə atmamışdır. Bu gün Ermənistan prezidentini dinlədiniz. O, həmin qətnamənin tələblərini nə vaxt yerinə yetirəcəklərinə dair heç bir açıqlama vermədi. Əksinə, AŞ-ın qəbul etdiyi qərarlara zidd açıqlamalar verdi.
Məsələn, Dağlıq Qarabağ üzrə alt komitə AŞPA Bürosu tərəfindən yaradılmışdır. Lakin Ermənistan nümayəndələri bu komitənin işində iştirakdan imtina edirlər. Serj Sarkisyan bu gün assambleyanın əleyhinə olan bu addımı dəstəklədi. Bununla da o, AŞ-ın qəbul etdiyi qərar və qətnamələrə hörmətsizlik nümayiş etdirdi. AŞ buna laqeyd qalmamalı və qəbul etdiyi qərarların tətbiqi üçün ciddi təsir mexanizmlərinə əl atmalıdır".
Qənirə Paşayeva diqqəti Ermənistan prezidentinin münaqişənin tənzimlənməsinə yönəlmiş açıqlamalar verməməsinə çəkərək demişdir: "Ermənistan prezidenti bu gün münaqişənin tənzimlənməsi istiqamətində də açıqlamalar vermədi. Əksinə, çoxlu qeyri-obyektiv və yanlış məlumatlar səsləndirdi. Məsələn, o bildirdi ki, Azərbaycanda irqçilik və ermənifobiya vardır. Amma hamı bilir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və bizim ölkədə heç bir irqçilik və ermənifobiya yoxdur. Əgər belə olsaydı, bu gün Azərbaycanda 30 minə yaxın erməni yaşamazdı. Amma siz Ermənistana gedəndə xahiş edin ki, orada sizə bir azərbaycanlı göstərsinlər. Onlar bunu göstərə bilməyəcəklər. Çünki etnik təmizləmə siyasəti apararaq, bütün azərbaycanlıları öz doğma yurd-yuvalarından qovmuşlar. O zaman soruşun ki, bu torpaqlarda yaşayan 100 minlərlə azərbaycanlıların taleyi necə oldu? Əksinə, onlarda azərbaycanlı fobiyası vardır. Ermənistan prezidenti AŞ prinsipləri əleyhinə də bir sıra ciddi açıqlamalar verdi. Buna biganə qalmamalıdırlar. Buna qarşı sərt mövqe nümayiş olunmalıdır.
Ermənistan prezidenti bəyan edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycanla birgə yaşamaq istəmir və müstəqil dövlət qurmaq niyyətindədirlər. Bu, bütün beynəlxalq prinsiplərə, Avropa Şurasının da prinsiplərinə ziddir. Bir anlığa təsəvvür edin ki, bütün Avropa ölkələrində yaşayan milli azlıqlar sabah durub deyirlər ki, artıq bu dövlətdə yaşamırıq və biz bu dövlətin ərazisində özümüzün müstəqil dövlətimizi quracağıq. O zaman Avropada hansı problemlər baş verər, hansı faciələr yaşanar?! Ermənistan prezidentinin verdiyi açıqlamalar münaqişənin həllinə mənfi təsir edən fikirlərdir. Avropa Şurası öz dəyər və prinsiplərini, öz qərar və qətnamələrinin yerinə yetirilməsini müdafiə etməlidir və bu cür çıxışlara qarşı öz səsini ucaltmalıdır".

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında