Əli Həsənov: Beynəlxalq aləm ermənilərin Fransada və ABŞ-da ərazi iddiaları ilə çıxış edəcəyi vaxt ayılacaq

İyunun 21-də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. "Azadinform" xəbər verir ki, tədbirdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu gün dünyada 49 milyon yaşayış yerini itirmiş insan var. Onların 26 milyonu məcburi köçkün, 10 milyonu qaçqın, 12 milyonu vətəndaşlığı olmayan şəxslərdir.
"Azərbaycanda da qaçqın və məcburi köçkün problemi mövcuddur. Ərazimizin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. 20 ildir ki, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğuldurlar, amma heç bir irəliləyiş yoxdur. Bunun səbəbi işğalçı Ermənistan rəhbərliyinin qeyri- konstruktiv mövqeyi və beynəlxalq təşkilatların buna göz yummasıdır. Ermənistan Azərbaycana qarşı ərazi iddiasını bu gün, həmçinin Gürcüstanda və Türkiyədə, Rusiyanın Krasnodar Vilayətində də təkrarlayır. Beynəlxalq aləm o vaxt ayılacaq ki, ermənilər Fransada və ABŞ-ın Kaliforniya ştatında ərazi iddiaları ilə çıxış edəcəklər" - deyə Ə.Həsənov vurğulayıb. O qeyd edib ki, Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün bütün işlər görülür, lakin beynəlxalq donor təşkilatlar Azərbaycanda yaşayan qaçqın və məcburi köçkünlərə öz yardımlarını əsirgəməməlidirlər. Toplantıda BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Ümumdünya Qaçqınlar Günü münasibəti ilə ünvanlanmış məktubu səsləndirilib. Məktubda ali komissar qeyd edib ki, son 20 ildə Azərbaycanda qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən böyük işlər görülüb və onlara yüksək diqqət və qayğı göstərilir. Tədbir zamanı akademiyada quraşdırılmış fotosərgi, həmçinin Azərbaycanda məskunlaşan əfqan, çeçen və İran qaçqın qadınları tərəfindən hazırlanan əl işlərinin sərgisinə baxış keçirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında