Ermənistan nümayəndə heyəti konstruktiv danışıqlardan boyun qaçırır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başlamazdan əvvəl qurumun büro və siyasi qruplarının yığıncaqları keçirilmişdir. Yay sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri həmin yığıncaqlarda müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeyini bildirmişlər. 
Yay sessiyasını açan AŞPA sədri Mövlud Çavuşoğlu ərəb ölkələrində baş verən hadisələrə toxunmuş, diqqəti Liviya və Suriyada dinc əhaliyə qarşı silah işlədilməsindən qorxuya düşmüş minlərlə insanın qonşu ölkələrə qaçmasına yönəltmiş, Türkiyədə parlament seçkilərinin uğurla başa çatdığını xatırlatmış, Avropa Şurasında islahatlar istiqamətində aparılan işlərin yüksək səviyyədə olduğunu bəyan etmişdir.
Deputatlar yay sessiyasının gündəliyinə çıxarılmış Avropa Şurasının 2012-2013-cü illər üçün büdcəsinin təsdiqi, Avropa Məhkəməsinə Fransa üzrə hakimin seçilməsi, Tunisdə vəziyyət, AŞPA-da islahatlar aparılması, XXl əsrdə Avropada birgə yaşamaq, Avropada insan hüquqlarının vəziyyəti və digər məsələləri müzakirə etməyi qərara almışlar.
Sessiyada Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qriçenkonun rəhbərlik etdiyi təşkilatın sessiyalararası fəaliyyəti barədə hesabatı dinləniləcəkdir.
Sessiyada Ukrayna və Ermənistan prezidentlərinin, Bolqarıstanın xarici işlər nazirinin, İngiltərə və Uelsin baş prokurorunun, Almaniyanın ədliyyə nazirinin və Fələstin muxtariyyətinin rəhbərinin çıxışları da nəzərdə tutulmuşdur.
Yay sessiyasının ilk günündə büronun hesabatı zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutunyan növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitənin fəaliyyətindən bəhs edərkən, bir tərəfdən təmsil etdiyi ölkənin nümayəndə heyətinin komitənin yığıncaqlarında iştirak etməyəcəyini bildirmiş, digər tərəfdən isə Ermənistan və Azərbaycan nümayəndə heyətlərini düşmənçiliyə son qoymağa çağırmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni deputata layiqli cavab verərək demişdir: "2011-ci ilin yanvarında AŞPA bürosu yekdilliklə Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə dair qərar verdi. Bu qərar nə bizim, nə də Avropa Şurasının hər hansı bir üzv ölkəsinin qərarı deyildi. Bu, qurumun bürosunun yekdilliklə qəbul etdiyi qərar idi və onun mənşəyi 2005-ci ildə qəbul olunan 1416 saylı qətnamədə öz əksini tapmışdır. Lakin 2005-ci ildən bəri AŞPA tərəfindən qəbul olunan heç bir qərar və qətnamə yerinə yetirilməmişdir. Buna səbəb Ermənistan tərəfinin AŞPA-nın qəbul etdiyi qərarları tamamilə rədd etməsi və onlara məhəl qoymamasıdır.
Biz çox arzu edərdik ki, Ermənistan nümayəndə heyəti ilə bizi maraqlandıran və aramızda həllini tapmayan ağrılı problemləri birlikdə müzakirə edək. Bunun üçün də belə bir alt komitənin fəaliyyəti olduqca vacibdir. Çox təəssüf ki, burada bəzi erməni həmkarlarım obyektivlikdən uzaq, qeyri-səmimi çıxışlar edirlər. Fikrimcə, biz öz problemlərimizi dostlarımızın qarşısında danışmaq əvəzinə, bunu birbaşa öz aramızda danışmalıyıq. Buna görə biz bu gün buradayıq. Ümid edirəm ki, AŞPA öz bürosunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səs çoxluğu ilə qəbul olunmuş qərarlarının yerinə yetirilməsinə diqqət yetirəcəkdir. Yaxşı olardı ki, Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi hər iki ölkə prezidentlərinin Kazanda keçiriləcək növbəti görüşündən əvvəl biz də məsələ ilə bağlı ümumi qərarların qəbuluna töhfə verə bilək".
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu məsələ ilə bağlı çıxışında bildirmişdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş və 1 milyona yaxın azərbaycanlını öz ev-eşiyindən, yurd-yuvasından didərgin salmışdır. Bu gün dünyanın heç bir yerində 1 milyona yaxın insanın 20 ilə yaxındır ki, öz ev-eşiyinə dönə bilməməsi dəhşəti yaşanmır.
Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnamə bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir. Həmin qətnamədə Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq tələb olunur. Amma Ermənistan nəinki assambleyanın qətnaməsinə məhəl qoymur, eyni zamanda, təşkilatın qərarlarına belə hörmətsizlik, sayğısızlıq edir.
Bildiyiniz kimi, AŞPA bürosunun qərarı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə yaradılmışdır. Biz bu komitənin yaradılmasını dəstəkləyirik və qurum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələrə və dialoqa hazır olduğumuzu dəfələrlə bildirmişik. Çünki biz bu münaqişənin tənzimlənməsində, həll olunmasında maraqlıyıq. Lakin Ermənistan nümayəndə heyəti assambleya və büronun qərarının əleyhinə çıxaraq onun işində iştirakdan imtina edir. Bu, əslində assambleyanın qərarlarına hörmətsizlik olmaqla yanaşı, Ermənistan tərəfinin münaqişənin tənzimlənməsi istiqamətində heç bir addım atmaq niyyətində olmadığını, bu istiqamətdə dialoq və müzakirələri istəmədiyini göstərir. Buna gərə də Avropa Şurası Parlament Assambleyası rəhbərliyindən bu məsələ ilə bağlı sərt mövqeyin ortaya qoyulmasını gözləyirik.
Bununla da sessiya iş gününün birinci yarısını başa vurmuşdur.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında