Mövlud ÇAVUŞOĞLU: Prezidentlərin Kazan görüşünə böyük ümid bəsləyirik

Biz prezidentlərin Kazan görüşünə böyük ümid bəsləyirik.
Bu fikri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu qurumun yay sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında jurnalistlərin Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü ilə bağlı suallarını cavablandırarkən söyləmişdir. M.Çavuşoğlu demişdir: "Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müqavilə imzalanacağına böyük ümid bəsləyirik. Rusiya Prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcəkdir. Biz bu istiqamətdə irəliləyişlərdən məmnunluq hissi keçiririk".
AŞPA sədri Dağlıq Qarabağ üzrə alt komitənin fəaliyyətinə münasibət bildirərkən qeyd etmişdir ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir. Assambleya bu məsələ ilə bağlı çoxlu tövsiyə, qətnamə və hesabat qəbul etmişdir. Biz assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik. AŞPA tərəfindən 2005-ci ildə Dağlıq Qarabağla bağlı qətnamə qəbul edilmiş və orada aydın göstərilmişdir ki, AŞPA-nın bürosu Dağlıq Qarabağ üzrə alt komitə yaratmalıdır.
Büronun 2011-ci ilin yanvarında keçirilmiş yığıncağında bu komitənin fəaliyyətini bərpa etməsinə dair qərar qəbul edilmişdir. Bir neçə dəfə demişəm ki, alt komitənin sabiq sədri Rassel Constonun vəfatından sonra AŞPA sədri kimi vəzifəm bu məsələni büronun gündəliyinə salmaq idi. Büro səs çoxluğu ilə alt komitənin fəaliyyətini yenidən bərpa etməyi qərara almış və onun sədrini seçmişdir. Bütün siyasi qruplar alt komitənin sədrinin təyin edilməsi prosesində iştirak etmişlər.
Bildirmək istəyirəm ki, alt komitə məsələnin əsasən humanitar tərəfləri ilə məşğul olacaq və iki ölkənin qurumdakı nümayəndə heyətləri arasında dialoqun gücləndirilməsinə səy göstərəcəkdir. AŞPA-nın bu məsələdə pis niyyəti yoxdur. Komitə ATƏT-in Minsk qrupunun fəaliyyətinə kölgə salmaq niyyətində də deyil. Alt komitənin fəaliyyətinin bərpa edilməsi heç də AŞPA-nın türk əsilli sədrinin təşəbbüsü deyildir. Hesab edirik ki, milliyyətindən asılı olmayaraq, hər bir AŞPA sədri bu məsələni büronun gündəliyinə salmağa borclu idi.

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında