Əli Həsənov: "Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı"

"Mən Ermənistan rəhbərliyinə yox, Ermənistan xalqına müraciət edirəm ki, öz rəhbərliklərini düzgün yola çəksinlər". "Azadinform" xəbər verir ki, bu sözləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, müharibədə Ermənistan tərəfi çox uduzmuşdur: "Əgər Ermənistan rəhbərliyi xalqına hörmət etsəydi, xalq belə acınacaqlı vəziyyətdə yaşamazdı". Ə.Həsənov bildirib ki, müharibə şəraitində olmasaydıq, Bakı-Tbilisi-Ceyhan kəməri Ermənistan ərazisindən keçərdi. Ermənistan öz günahı üzündən çoxlu vəsait itirib. Baş nazirin müavini Ermənistanda qaçqınların çox əziyyət çəkdiyini də əlavə edib. "Düzdür bizdə də qaçqınlar var, ancaq ölkə rəhbərliyi onlar üçün istənilən şəraiti yaradıb" - deyə Ə. Həsənov vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında