Rusiya Qəbələ RLS haqqında sazişin şərtlərinin modernləşdirilməsini Azərbaycanla müzakirə edir

Rusiya və Azərbaycan Qəbələ radiolokasiya stansiyasının (RLS) icarəsi haqqında sazişin şərtlərinin modernləşdirilməsi məsələlərini müzakirə edirlər. 
RF xarici işlər nazirinin müavini, stats-katibi Qriqori Karasin bu barədə RF Dövlət Dumasında məlumat vermişdir. O, qeyd etmişdir ki, sovet dövründə Azərbaycan ərazisində tikilmiş Qəbələ RLS mühüm hərbi obyektdir. Q.Karasin xüsusi vurğulamışdır ki, Rusiya Federasiyası Azərbaycana ildə 10 milyon ABŞ dolları məbləğində icarə haqqı ödəyirdi. O demişdir: "Bu gün həmin obyektin istifadə edilməsi şərtlərinin, necə deyərlər, modernləşdirilməsi haqqında danışıqlar aparılır".
Qeyd etmək lazımdır ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun bu yaxında söylədiyi kimi, Qəbələ RLS-in icarə müddətinin uzadılması və beynəlxalq gərginliyin artması şəraitində bu obyektin əhəmiyyətinin artırılması Rusiyanın maraqlarına uyğundur. Bunu nəzərə alaraq həmin sazişin şərtlərinə yenidən baxılması zəruridir.
Qəbələ RLS Rusiya raketdənmüdafiə sisteminin mühüm elementidir. Stansiyanın icarə müddəti 2012-ci ilin avqust ayında başa çatır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında