TürkPA Türkiyədə parlament seçkilərinin şəffaf və demokratik keçdiyini bəyan etmişdir

İyunun 12-də Türkiyədə keçirilmiş parlament seçkiləri beynəlxalq hüquq normalarına və ölkə qanunvericiliyinə uyğun, şəffaf, azad və demokratik təşkil olunmuşdur.
Türkiyədə keçirilmiş seçkiləri beynəlxalq müşahidə missiyası qismində izləmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) yekun rəyində belə deyilir.
TürkPA katibliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın millət vəkillərindən ibarət beynəlxalq müşahidə missiyası iyunun 12-də Türkiyədə keçirilmiş parlament seçkilərinə hazırlıq prosesini və səsvermənin gedişini izləmişdir. Müşahidə zamanı seçkilərin nəticələrinə təsir edə biləcək ciddi qanun pozuntusu aşkar edilməmişdir. Missiya bu seçkiləri ATƏT PA, Avropa Şurası, AŞPA ilə birlikdə müşahidə etmişdir.
Səfər çərçivəsində TürkPA-nın müşahidə missiyası Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Hasım Kılıç və xarici işlər nazirinin müavini Fatih Ceylanla da görüşmüşdür.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında