Aleksandr Lukaşeviç: "Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin qarşıdakı sammitindən çox şey gözləyirik"

RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç həftəlik brifinqdə bildirmişdir ki, Azərbaycan, RF və Ermənistan liderləri gələn həftə Kazanda keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsasları layihəsinə dair qərar qəbul etməlidirlər. 
Onun sözlərinə görə, "bu görüşdən çox şey gözləyirik və əldə edilmiş razılaşmalara uyğun olaraq qarşıdakı sammitdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsipləri deyilən məsələlərin bütöv bir paketinin müzakirəsi nəzərdə tutulur".
A.Lukaşeviç vurğulamışdır ki, bu sənədin əsas məzmunu üç ölkənin XİN rəhbərlərinin bu il aprel və iyun aylarında Moskvada keçirilmiş görüşlərində razılaşdırılmışdır.
Rusiya XİN nümayəndəsi demişdir: "Aparılmış müzakirələrin gedişində bir sıra mühüm məsələlər barəsində mövqeləri yaxınlaşdırmaq mümkün olmuşdur. Prezidentlər bu hazırlıq işlərini nəzərdən keçirəcək və müvafiq qərar qəbul edəcəklər".
Qeyd etmək lazımdır ki, iyunun axırlarında Rusiya Prezidentinin təşəbbüsü ilə Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr edilmiş sammiti keçiriləcəkdir. Bu, prezidentlər İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın doqquzuncu üçtərəfli görüşü olacaqdır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında