Əli Həsənov: Azərbaycan prezidentlərin Kazan görüşündən çox şey gözləyir

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşündən çox şey gözləyirik. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib: "Düşünürük ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişin zamanı çatıb. Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri birgə bəyanat verib. Münaqişənin tezliklə həlli iradəsi ortada var"... Düşünürük ki, Kazan görüşündə, həmin bəyanatın ruhunu da nəzərə alaraq, müəyyən irəliləyişə nail olmaq imkanları var".
Ə.Həsənov vurğulamışdır ki, bu imkanlar tək Azərbaycandan deyil, eyni zamanda neçə illərdir danışıqlar prosesində qeyri-konstruktivlik göstərən Ermənistandan asılıdır: "Dəfələrlə olub ki, əvvəl razılaşdırılmış və ya razılaşdırılmasına ümid bəslənilən məsələlər konkret görüşlər zamanı Ermənistan tərəfindən pozulub, onların bu və ya digər yanaşması ilə danışıqlar prosesi ləngidilib".
İyunun sonlarında Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında