Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq çox yüksək səviyyədədir

İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana ikigünlük səfəri başlamışdır. 
Elmar Məmmədyarov Tbilisidə ilk görüşünü həmkarı Qriqol Vaşadze ilə keçirmişdir. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirmişlər.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze demişdir: "Azərbaycanlı həmkarımla görüşdə siyasi, iqtisadi, humanitar, xalqlararası münasibətlər məsələsini müzakirə etdik. Qeyd edim ki, münasibətlərimiz yaxşı əsaslar üzərində qurulmuşdur".
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da diqqəti Azərbaycan-Gürcüstan münasibətlərinin əksər sahələrdə uğurlu inkişafına yönəltmiş, qeyd etmişdir ki, səfərin məqsədi münasibətlərin daha da dərinləşdirilməsinə nail olmaqdır. E.Məmmədyarov demişdir: "Azərbaycan və Gürcüstan prezidentlərinin tapşırığı əsasında iki ölkənin xarici işlər nazirlərinin 6 ayda bir dəfə görüşləri keçirilir. Bu ilin yanvarında Gürcüstanın xarici işlər naziri Azərbaycanda səfərdə olmuşdur, indi isə növbə mənimdir. Biz belə razılaşdıq ki, ilin sonunda gürcüstanlı həmkarım Bakıya gələcəkdir. Görüşdə, ümumiyyətlə, siyasi, iqtisadi baxımdan əksər məsələlərə toxunduq. SOCAR Gürcüstanın ən böyük vergi ödəyicilərindəndir. Hazırda müxtəlif layihələr, o cümlədən qaz layihələri müzakirə olunur. Siyasi baxımdan Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Beynəlxalq təşkilatlarda Azərbaycan Gürcüstanın, Gürcüstan isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar da fikir mübadiləmiz oldu. Digər sahələrdə - təhsil, mədəniyyət və s. əməkdaşlığın inkişafı məsələləri barədə də söhbət etdik. Yaxın vaxtlarda Gürcüstanın təhsil və elm naziri Bakıya gəlib azərbaycanlı həmkarı ilə fikir mübadiləsi aparacaqdır. Ümumiyyətlə, Azərbaycanla Gürcüstan arasında böyük strateji əhəmiyyətli əməkdaşlıq mövcuddur. İki ölkə arasında sərhədlərin delimitasiya və demakrasiyası məsələsinə gəlincə, bu sahədə irəliləyiş vardır. Bu yaxınlarda delimitasiya məsələləri üzrə həmsədrlər - xarici işlər nazirlərinin görüşünün keçirilməsini razılaşdıq. Bu görüşdə müəyyən məsələlər meydana çıxarsa, onu nazirlər səviyyəsində müzakirə etməyi qərara almışıq. Gürcüstanlı həmkarımla son vaxtlar burada dini məsələ ilə əlaqədar baş verən məsələyə də toxunduq. Bununla bağlı Azərbaycanın mövqeyini bildirdim. Biz bu məsələ üzərində işi davam etdirmək qərarına gəlmişik. Biz onu yoluna qoymaq üçün işləyəcəyik. Mən həmin məsələ ilə bağlı narahatçılığın olduğunu dedim, həmkarım həmin məsələni qaydaya salmaq üçün danışıqlar aparılmasına razılaşdı".
Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin bu günlərdə Moskva görüşü ilə əlaqədar E.Məmmədyarov qeyd etmişdir ki, münaqişənin tənzimlənməsi istiqamətində bəzi irəliləyişlər vardır.
Sonra Azərbaycan nümayəndə heyəti Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşmüşdür. Görüşlərdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn iştirak etmişdir.

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında