RF XİN: "Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin konkret prinsiplərinin razılaşdırılmasını təxirə salmağın mənası yoxdur"

Rusiya XİN-də belə hesab edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin konkret prinsiplərinin razılaşdırılmasını təxirə salmağın mənası yoxdur. Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bu fikri həftəlik brifinqdə söyləmişdir. 
Onun sözlərinə görə, ABŞ, Rusiya və Fransa prezidentlərinin Dovildə verdiyi bəyanatlar tərəflərin bir həqiqəti dərk etməsinə çox kömək edə bilər ki, siyasi tənzimləmə prinsipi artıq son həddə çatmışdır, indi əsas prinsiplərin qəbul edilməsindən ibarət konkret məsələ qarşıda durur.
Xatırladaq ki, mayın axırlarında "Böyük səkkizlik" ölkələrinin Dovildə keçirilmiş sammitində Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair birgə bəyanatla çıxış etmişlər. Prezidentlər Azərbaycan və Ermənistan liderlərini iyun ayında keçiriləcək sammitdə tənzimləmənin əsas prinsipləri üzərində işi tamamlamağa çağırmışlar.
Üç dövlətin liderlərinin fikrincə, bu il martın 5-də Soçidə müzakirə edilmiş baza prinsiplərinin son versiyası sülh müqaviləsinin hazırlanması üçün ədalətli və ağlabatan zəmin yaradır. Aleksandr Lukaşeviç vurğulamışdır: "Prezidentlər buna işarə etmişlər ki, artıq razılığa gəlmək, bu prinsipləri qəbul etmək və tənzimləmənin parametrlərini təyin edəcək böyük sənəd üzərində işləmək lazımdır".

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri 
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında