ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) mayın 6-da bəyanatla çıxış etmişlər.
Bəyanatda bildirilir ki, həmsədrlər mayın 5-də Vyanada Minsk qrupuna üzv olan ölkələrin təmsilçiləri üçün brifinq keçirmişlər. Brifinqdə danışıqların mövcud statusu barədə məlumat verilmiş və qrupa üzv ölkələrə həmsədrlərin səylərini dəstəklədiklərinə görə minnətdarlıq edilmişdir.
Eyni zamanda, münaqişə tərəflərinin Madrid prinsipləri və 2009-cu il iyulun 10-da Akvilldə "Səkkizlər"in sammitində həmsədr ölkələrin prezidentlərinin verdiyi birgə bəyanatda əksini tapmış prinsiplər əsasında irəliləyiş əldə etməyə hazır olduqları həmsədrlər tərəfindən vurğulanmışdır.
Yaxın günlərdə həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşərək, danışıqların davam etdirilməsi ilə bağlı müzakirələr aparacaqlar.{nl}

Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında