İtaliya Azərbaycana maraq göstərir, ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşır və haqq işini dəstəkləyir

Bu fikir Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin mayın 3-dən 5-dək İtaliyaya rəsmi səfəri zamanı vurğulanmışdır.
Xatırladaq ki, səfər İtaliya Deputatlar Palatası sədrinin rəsmi dəvəti əsasında həyata keçirilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşdə İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini demişdir: "Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalmışdır. Həm torpaqları işğal olunmuş, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir".
"Bu fikir bizim üçün çox dəyərlidir və bunu dünyanın çox nüfuzlu ölkələrindən birinin rəsmisinin beynəlxalq aləmə mesajı kimi də dəyərləndirmək olar", - deyən Milli Məclisin sədri, İtaliya senatının bu ilin fevralında Cənubi Qafqazda vəziyyətlə bağlı qəbul etdiyi qətnaməyə görə İtaliya tərəfinə minnətdarlığını bildirmişdir. Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə Cənubi Qafqazda sülhün bərqərar olmasında ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verildiyi öz əksini tapmışdır.
Görüşdə siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.
İtaliya Senatı sədrinin müavini Vannino Kiti ilə görüşdə də o, ölkəsinin Azərbaycana olan marağından danışaraq ərazi bütövlüyümüzə hörmətlə yanaşdıqlarını və ölkəmizin haqq işini dəstəklədiklərini bildirmişdir. Danışıqlarda qeyd olunmuşdur ki, ölkələrimiz arasında qarşılıqlı səmimi münasibətlər mövcuddur ki, bu da anlaşmaya, dostluğa və əlaqələrin hərtərəfli inkişafına zəmin yaradır.
Milli Məclisin nümayəndə heyəti İtaliya Senatının Avropa İttifaqı Siyasəti Daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri xanım Rossana Boldi ilə də görüşmüşdür. İtaliyada xanım Rossana Boldinin şəxsində Azərbaycanın dostları ilə görüşməyindən məmnun olduğunu bildirən Milli Məclisin sədri Oqtay Əsədov bu səfərin parlamentlərarası əlaqələrimizin bundan sonra daha da dərinləşməsinə xidmət edəcəyini demişdir. O, Azərbaycan tərəfinin İtaliya ilə həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində mövcud olan əlaqələri daha da dərinləşdirməkdə maraqlı olduğunu və bunun vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, dostluq qruplarının fəaliyyəti bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə vardır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında