"Siyasi partiyalar haqqında" qanun layihəsi Venesiya Komissiyasına göndərilib

Azərbaycanda neçə müddətdir ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi və yaxud yeni qanun layihəsinin qəbulu müzakirə edilməkdədir.
Artıq Prezident Administrasiyası tərəfindən "Siyasi partiyalar haqqında" qanun layihəsi rəy verilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilib. Bu barədə "Azadinform"a müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. Hazırda Venesiya Komissiyası qanun layihəsini öyrənir. Sentyabra qədər qanun layihəsinin beynəlxalq təşkilatların iştirakı ilə siyasi partiyalarla birgə ictimai müzakirəsi təşkil olunacaq. Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında