MDB ölkələrinin ATƏT-dəki daimi nümayəndələri birgə bəyanatla çıxış etmişlər

MDB ölkələrinin ATƏT-dəki daimi nümayəndələri 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü ilə bağlı bəyanat qəbul etmişlər.
Bəyanat mayın 6-da ATƏT-in Daimi Şurasında yayılmışdır.
Bəyanatda deyilir: "Hazırda bəşəriyyətin üzləşdiyi ciddi təhlükələr - millətçi ideologiya, ekstremizm və ksenofobiya kimi ümumi təhlükə qarşısında beynəlxalq birliyin səylərinin birləşdirilməsi təcrübəsi çox labüddür. 9 May - Qələbə Günü bəşəriyyətin yaddaşında dünyanın və Avropa xalqlarının faşizmdən azad edilməsi, İkinci Dünya müharibəsinin bitməsini yaxınlaşdıran bir tarix kimi qalacaqdır. Bu tarix on milyonlarla qurban verərək bugünkü insanların azadlıq və müstəqilliyini təmin edən bizim ölkələrin xalqlarının böyük igidliyini xatırladır. Onların xatirəsi həmişə ürəklərdə yaşayacaqdır".
Səfirlər yetişməkdə olan nəslə faşizmlə mübarizədə ümumi qəhrəmanlıq tarixi ilə fəxr etmək hissinin aşılanmasının vacibliyini vurğulamışlar. Onlar ATƏT-in üzvü olan bütün ölkələri sülhün qorunması naminə təhlükəsizlik məkanının bölünməməsi, münaqişələrin yalnız sülh yolu ilə, beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, Helsinki Yekun Aktının maddələrinə uyğun nizamlanması üçün fəal əməkdaşlığa çağırmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında